Azərbaycanda 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdur.
Bu barədə "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda təşkil edilən seminarda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov danışıb.
O bildirib ki, həmin yaşayış məntəqələri ucqar və uzaq yer olduğu üçün əsas yük "Aztelekom" MMC və "Baktelekom" MMC üzərində qalacaq.