Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ölkədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.