Ermənistan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyan və Ukrayna prezidenti Vladimir Zelenski bir-birinə təbrik məktubu göndəriblər. Bu barədə Ermənistanın Ukraynadakı səfirliyinin “Facebook” səhifəsindən öyrənirik.
Paşinyan ümid bildirib ki, Ermənistan-Ukrayna münasibətləri 2022-ci ildə birgə əməli addımlar sayəsində xalqlarımızın çoxəsrlik dostluğunun rifahı naminə inkişaf etməyə davam edəcək.
Ukrayna Prezidenti Zelenski öz növbəsində Ukrayna və Ermənistanın qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq qurmaq üçün kifayət qədər potensiala malik olduğuna əminliyini ifadə edib.
Ermənistan və Ukraynanın xarici işlər nazirləri də bir-birinə təbrik məktubları göndəriblər.