Yanvarın 26-da ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Almaniya Federativ Respublikasının Ermənistandakı səfiri Viktor Rixterlə görüşüb.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Almaniya əməkdaşlığı, eləcə də Ermənistan-Aİ əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
Hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində uzunmüddətli siyasi həllinin vacibliyini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.
Səfirin xahişi ilə Təhlükəsizlik Şurasının katibi regional nəqliyyat marşrutlarının blokdan çıxarılması prosesini də təqdim edib.