Artsaxda mənzil, su təchizatı və infrastrukturun bərpası proqramları ilə paralel olaraq, icmalararası yolların yenidən qurulması və təmir işləri davam etdirilir. Bu barədə Hayastan Ümumerməni Fondu məlumat yayıb.
Beləliklə, Artsaxda 50 km-ə yaxın avtomobil yolu yenidən qurulur və təmir olunur. Martakert-Çankatağ-Stepanakert avtomobil yolu tikilir, Martakert rayonunun Nerkin Horatağ, Verin Horatağ, Koçoğot, Astğaşen-Patara, Dahrav kəndləri və Martuni rayonunun Kağartsin-Paravatum kəndlərini birləşdirən yollar yenilənir.