Avstriyanın xarici işlər naziri Aleksandr Şalenberq gələn həftə Ermənistana səfər edəcək. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin “Twitter” mikrobloqunda qeyd olunub.
“Bu gün biz Ermənistan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Xarici işlər naziri Aleksandr Şalenberqin gələn həftə Yerevana səfəri ikitərəfli əla münasibətlərimizi möhkəmləndirmək, gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün yeni imkan olacaq"- deyə qeyd olunub.