Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirib.
"Ümid edirəm ki, sülhməramlıların fəaliyyəti nəticəsində atəşkəs rejiminin pozulması halları sıfıra enəcək", - Paşinyan qeyd etdi.
Ermənistan-Rusiya münasibətlərindən danışan Nikol Paşinyan bildirdi ki, iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edirlər.
"Onlar əvvəlcə olduğu kimi strateji, müttəfiq olmaqda davam edirlər. Bu münasibətlər Avrasiya İqtisadi Birliyində birgə iştirakımız vasitəsilə çox mühüm iqtisadi komponentlə gücləndirilir. Əminəm ki, Ermənistan və Rusiya araslnda münasibətlərin dinamikası nəinki qorunub saxlanacaq, həm də daha effektiv olacaq",- Baş nazir deyib.