Nikol Paşinyan mətbuat konfrasnı ərzində KTMT fəaliyyətinə də toxunub. O qeyd etdi ki, ilk gündən bəri KTMT-dəki fəaliyyəti böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsinə yönəldib. Onun sözlərinə görə, Qazaxıstanda baş verənlər zamanı yaranmış vəziyyətdə Ermənistanın buna qarşı çıxması qəribə olardı.
"KTMT-nin effektiv və həqiqətən fəaliyyət göstərən qurum olması Ermənistanın marağındadır, bununla da bütün suallara cavab verilir”,- Nikol Paşinyan deyib