ER Silahlı Qüvvələrinin aviasiyası eniş, yanğın, nəqliyyat və sanitar işləri yerinə yetirmək üçün nəzərdə tutulmuş müasir, çoxfunksiyalı yeni helikopterlərlə tamamlanıb.
Yanvarın 25-də “Erebuni” hava limanında yeni hərbi aviasiya texnikasının qəbulu ilə bağlı təntənəli tədbir keçirilib, tədbirdə ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan iştirak edib.
Ordunun yaranmasının ildönümü ərəfəsində şəxsi heyəti təbrik edən hərbi hissə komandanlığı hava sərhədçilərinin qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə, ölkənin hava darvazalarını sarsılmaz saxlamağa hazır olduqlarına əminliyini ifadə edib.
ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə helikopterlərin taktiki-texniki xüsusiyyətləri təqdim edilib.