Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirdi.
"Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu, danışıqların nəticəsidir. Biz hesab edirik ki, bu danışıqlar aparılmalıdır. Ermənistan bunlara hazırdır”,- deyə Ermənistanın Baş naziri qeyd etdi.