Tini Koks 164 səslə Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti seçilib.
69 yaşlı hollandiyalı deputat 2022-ci il ərzində qurumun prezidenti vəzifəsini icra edəcək.
O, Belçikadan olan senator Hendrik Daemsi əvəzləyəcək. Belçikalı deputat 2020-2021-ci illər ərzində qurumun prezidenti vəzifəsini icra edib. O pandemiya ilə bağlı iki il bu postda qalıb.