Ermənistan Respublikasının prezidenti Armen Sargsyan bir həftə ərzində istefa ərizəsini geri götürməsə, onun səlahiyyətlərinin dayandırılması ilə bağlı protokol tərtib olunacaq. Bu barədə ER Parlametinin sədri Alen Simonyan bildirdi.
Alen Simonyan qeyd etdi ki, parlamentinin qanununa əsasən, prezident bir həftə ərzində istefasını geri götürərsə, parlament sədri bu barədə bəyanatla çıxış edəcək. Əks halda isə, Sargsyanın istefası qəbul edilmiş və qüvvəyə minmiş hesab ediləcək.
“Əgər o, istefasını geri götürməzsə, o zaman onun səlahiyyətlərinin dayandırlıması haqqında protokol tərtib edilir və bu protokol Parlamentinin sədri tərəfindən imzalanacaq və dərc olunacaq. Protokol dərc edildiyi andan etibarən istefa qəbul edilmiş sayılacaq”,- Alen Simonyan yazdı.
Qeyd edək ki, Armen Sargsyanın səlahiyyətlərini Alen Simonyan icra edəcək.