Ötən il Azərbaycanın rayon prokuorluqlarında vəzifə cinayətləri ilə bağlı bir sıra cinayət işi başlanılıb. Azərbaycan KİV-in yaydığ məlumata görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, rüşvət alma və rüşvət vermə cinayətləri ötən illərə nisbətən 2021-ci ildə 2 dəfə artıb.
Baş prokurorun sözlərinə görə, 2021-ci ildə rayon prokurorluqlarında ümumilikdə 2061 cinayət işi açılıb.