Azərbaycanda həbsdə olan baş redaktor Polad Aslanov Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində 19 gündür aclığı davam etdirir.
Azərbaycan KİV-in məlumatına görə, Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə ədalətli baxılması tələbilə aclıq edir.
Fevralın 3-də Ali Məhkəmədə Polad Aslanovun kassasiya şikayətinə baxılacaq.
Baş prokuror Kamran Əliyev yanvarın 17-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanı qəbul edib və jurnalistin kassasiya şikayətinə obyektiv baxılacağını və ədalətli qərar veriləcəyini deyib. Lakin jurnalist hələ də aclığını dayandırmayıb.