2022-ci ildə Ermənistan hökuməti Artsaxa təxminən 144 milyard dram büdcə dəstəyi ayıracaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində məlumat verib.
"Hökumətdəki görüş zamanı Artsax Prezidenti ilə birlikdə infrastrukturun inkişafı, mənzil tikintisi, sosial problemlərin həlli istiqamətində görülən işləri və yaxın gələcəkdə nəzərdə tutulan proqramları müzakirə etdik" – deyə ER baş naziri yazıb.