Yanvarın 21-də ER Parlamenti sədrinin müavini Ruben Rubinyan Rusiya Federasiyasının ER-dəki fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib.
Tərəflər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib və onların davamlı inkişafına əhəmiyyət veriblər.
Görüş zamanı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması məsələsinə də toxunulub.
Rubinyan xüsusi nümayəndələrin Moskvada keçirilən ilk görüşünü konstruktiv qiymətləndirərək qeyd edib ki, erməni tərəfi problemlərin substantiv proses vasitəsilə həllində maraqlıdır.
Səfir də öz növbəsində əmin edib ki, Rusiya tərəfi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirəcək.