ER Parlamentinin sədr müavini Ruben Rubinyan Fransa prezidentinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi.
Görüşdə Ermənistan və Azərbaycan liderlərinin Soçidə keçirilən görüşdə, eləcə də Avropa İttifaqı Şurasının sədrinin və Fransa prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə də toxunublar.
Rubinyan xüsusi nümayəndələrin Moskvada keçirilən ilk görüşünü konstruktiv qiymətləndirərək qeyd edib ki, erməni tərəfi problemlərin substantiv proses vasitəsilə həllində maraqlıdır.