Kosovoda sülhməramlı missiyada iştirak edən daha bir erməni hərbçi kontingenti bu günlərdə Ermənistana qayıdıb.
ER Müdafiə Nazirliyinin Sülhməramlı Briqadasında keçirilən təntənəli qarşılanma mərasimində ER Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri, Ermənistanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının nümayəndə heyəti və digər qonaqlar iştirak ediblər.