ER Baş naziri Nikol Paşinyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tayvo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda yaranmış vəziyyət, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin deeskalasiyası və sabitliyin təmin edilməsi istiqamətində atılan addımlar müzakirə olunub.
Xüsusilə, Rusiya Prezidentinin Soçidə keçirdiyi görüşlərin, eləcə də Avropa İttifaqı Şurasının sədri ilə Fransa prezidentinin Brüsseldəki görüşlərinin nəticələri və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında sülh prosesinin tam şəkildə həyata keçirilməsinin və həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyi də vurğulanıb.