Yanvarın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransa prezidentinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi.
Görüş zamanı 44 günlük müharibədən irəli gələn humanitar məsələlərə toxunulub. Bu kontekstdə Azərbaycanda saxlanılan erməni hərbi əsir və girovların dərhal vətənə qaytarılmasının vacibliyi vurğulanıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması istiqamətində addımların atılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Bununla bağlı nazir Mirzoyan Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə Brüssel görüşü nəticəsində əldə olunmuş və Soçidə üçtərəfli bəyanatla təsbit olunmuş razılaşmaların həyata keçirilməsinə əhəmiyyət verib.
Atəşkəs rejiminə tam əməl olunmasının, eləcə də Azərbaycan rəhbərliyinin hərbi ritorikadan əl çəkməsinin vacibliyi vurğulanıb.
ER XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli üzrə danışıqların ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında tam bərpa olunmasının vacibliyini qeyd edib.