Bu gün Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidentinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi.
Tərəflər Ermənistan-Aİ arasında fəal əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Təhlükəsizlik Şurasının katibi Ermənistanın demokratikləşməsi və regionda təhlükəsizliyin qorunması prosesində Ermənistanın Aİ ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunublar. Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanılması və bunun üçün müvafiq atmosferin yaradılmasının vacibliyi vurğulanıb.
Fransa prezidentinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar humanitar məsələlərə toxunaraq, Aİ-nin hərbi əsirlərlə bağlı böhranın tezliklə həlli üçün fəal işlədiyini vurğulayıblar.