Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 767 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb, 5173 nəfər sağalıb, “Jnews.ge” saytı yazır.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 030 710, ölənlərin sayı isə 14 631 nəfərə çatıb.
Virusa yoluxanlardan 951 428 nəfərin sağaldığı bildirilib.