Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu il Antalya Diplomatik Forumu daxil olmaqla müxtəlif tədbirlərə dəvət alıb və almaqda davam edir. Xarici İşlər Nazirliyinin mətbuat katibiVahan Hunanyan bu barədə “Lurer”in sorğusuna cavab olaraq bildirib.
“ER Xarici İşlər Nazirliyi müvafiq prosedura uyğun olaraq nazirin yuxarıda qeyd olunan tədbirlərdə iştirakının məqsədəuyğunluğu məsələsini müzakirə edir. İctimaiyyət qəbul ediləcək qərarlar barədə lazımi şəkildə məlumatlandırılacaq" – deyə XİN mətbuat katibi bildirib.