ER Xarici İşlər Nazirliyinin başçısı Ararat Mirzoyan parlamentdə sual-cavab zamanı Ermənistan-Türkiyə münasibətlərinə dair suala cavab verirkən bildirib ki, elə fikirlər var, guya Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını “dəhliz” məntiqi ilə əlaqələndirə bilər.
“Burda bizim mövqeyimiz çozdan və dəfələrlə bildirilmişdir. Biz hər hansı “dəhliz” məntiqi ilə razılaşmayacağıq. Bu bizim üçün qəbuledilməzdir”,-deyə nazir qeyd etdi.
Mirzoyan əlavə etdi ki, biz regionda kommunikasiyaların açılmasının tərəfdarıyıq və başa düşürük ki, bunun nəticəsində Ermənistan üçün Azərbaycan və Türkiyə ərazisindən keçən dəmir və avtomobil yolları açılsa, Türkiyə və Azərbaycan da bu məntiqlə Ermənistan yollarından istifadə edə biləcəklər. Amma bu yollar həmin ölkənin suverenliyi və konstitusiyası altında olacaqdır.
“Ermənistan Respublikası ərazisində hər hansı bir “dəhlzi” ola bilməz. 9 noyabr bəyanatında da sadəcə bir dəhliz var və o, Laçın dəhlizidir. Qalan bütün yollar yol olaraq qiymətləndirilir”,-nazir qeyd etdi.