Türkiyə Ermənistanı Antalya Diplomatik Forumunda iştiraka dəvət edib. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Universitetində Latın Amerikası səfirləri ilə görüşündə deyib.
“Martın 11-13-də keçiriləcək ikinci diplomatik forumda Latın Amerikası ölkələrinin nümayəndələri də iştirak edəcəklər. Dünyanın müxtəlif ölkələrindən dəvət edirik. Biz Ermənistanı, Yunanıstanı, Kiprin yunan hissəsini, İsraili və Misiri də dəvət etmişik” – deyə Çavuşoğlu bildirib.
Türkiyənin xarici işlər naziri bildirib ki, indiyədək 39 ölkənin xarici işlər nazirləri öz iştiraklarını təsdiqləyiblər.