Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistan və Azərbaycana səfər edəcək.
Bu barədə o"Twitter" səhifəsində yazdı. Aİ-nin xüsusi nümayəndəsibildirib ki, səfəri fransalı həmkarları ilə birgə etməyi planlaşdırır.
"Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik", - deyə o bildirib