Azərbaycan mediasına müsahibəsində Azərbaycan prezidenti Rusiya sülhməramlı qüvvələrinin ermənilərin Artsax ərazisindən çıxarılmasına maneələr yaratmasından və erməniləri Artsaxda saxlamaq üçün müxtəlif vasitələrdən istifadə etməsindən narazılığını bildirib. Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyan Facebook səhifəsində yazıb.
“Sülhməramlıların Artsaxda dinc həyatı bərpa etmək üçün göstərdikləri səylər Azərbaycan hakimiyyətinin narazılığına səbəb olur. Bu, Azərbaycanın Artsax ərazisində ermənilərə qarşı etnik təmizləmə aparmaq, yerli erməni əhalisini deportasiya etmək, onları öz vətənlərindən məhrum etmək siyasəti haqqında etirafdan başqa bir şey deyil.
Artsaxı mənimsəmək və demoqrafik göstəriciləri azərbaycanlıların xeyrinə dəyişdirməklə məsələni bağlamaq siyasəti Azərbaycanda yeni deyil”,-deyə Ombudsman \lavə etdi ki, hələ 2002-ci ildə Heydər Əliyev Azərbaycan mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağda demoqrafik vəziyyəti dəyişməyə çalışdığını demişdi.