İqtisadi aktivlik, ticarət dövriyyəsi baxımından Ermənistan-Türkiyə sərhədinin açıq olması bağlı olmasından daha yaxşıdır, bu danılmazdır. Bu barədə ER Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan jurnalistlərlə söhbətində bildirib.
Nazir Tatev-Ağvan alternativ yolunun çəkilişindən sonra Ermənistan-İran yük daşımalarına da toxunaraq, İrandan Ermənistana gələn yük maşınlarının sayının dəyişmədiyinə əminliyini bildirib. Badasyan əlavə edib ki, Ermənistana gələn İran yük maşınları daha çox yeni çəkilmiş yollarla gəlir.