İran prezidenti İbrahim Rəisi çərşənbə günü rəsmi səfərlə Moskvaya gəlib. Bu barədə TASS İran hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yanvarın 19-da Rəisinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Yanvarın 20-də isə o, Rusiyanın Dövlət Dumasında çıxış edəcək, Moskvadakı məscidlərdən birinə baş çəkəcək.