Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İlham Əliyevin Kiyevə son səfəri nəzərə alınaraq Ukrayna nizamlanması məsələsi müzakirə olunub. Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.