Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian Azərbaycan prezidentinin namizəd Valeri Pekress haqqında bəyanatlarının qəbuledilməz olduğunu bildirib.
Parlamentdə deputatlarla sual-cavab zamanı nazir qeyd edib ki, bu barədə Azərbaycanın Fransadakı səfirinə məlumat verib.
Xatırladaq ki, Əliyev yanvarın 12-də “Valeri Pekressin Dağlıq Qarabağa qanunsuz səfərindən xəbərimiz olsaydı, onu buraxmazdıq” demişdi.
Qeyd edək ki, Fransa Senatının deputatları prezidentdən Fransa adından Azərbaycan prezidentinin qalmaqallı fikirlərə görə Valeri Pekressdən üzr istəməsini tələb edirlər.