Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə bağlı deputatlardan birinin sualını cavablandırıb. Xüsusilə, yanvarın 14-də keçirilən mətbuat konfransında Lavrov bildirib ki, Ermənistan tərəfi təkliflər təqdim edib ki, onlar da Bakıya göndərilib.
Mirzoyan sözügedən təklifləri təqdim edib.
“Rusiya xarici işlər nazirinin verdiyi məlumat həqiqətə uyğundur. Erməni tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası, gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlərin paketi hazırlayıb və həm Rusiya tərəfinə, həm də Rusiya tərəfi vasitəsilə Azərbaycana göndərib. İndi cavab gözləyirik”.
Lakin Mirzoyan təfərrüatları və detalları açıqlamayıb.
“Yalnız onu deyə bilərəm ki, bunlar baş nazirin, hökumətin iki tərəfdən qoşunların çıxarılması və əlavə təhlükəsizlik mexanizmlərinin yaradılmasına dair ümumi konsepsiyamızdan irəli gəlir”, - deyə Ararat Mirzoyan bildirib.