32 il əvvəl, 1990-cı il yanvarın 13-19-da Azərbaycan hakimiyyətinin aşkar icazəsi və dəstəyi ilə Bakıda erməni əhalisinə qarşı sistemli şəkildə və kütləvi qətliam həyata keçirilib. Bir həftə davam edən vəhşiliklər zamanı yüz minlərlə erməni qətlə yetirilib, mülklərindən məhrum edilib və işgəncələrə məruz qalıb. Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyanın “Facebook”dakı paylaşımında deyilir.
“Azərbaycanın ermənilərə qarşı törətdiyi cinayətləri sənədləşdirən çoxlu materiallar var, lakin bütün bunları görmək və düzgün qiymət vermək üçün yalnız qərəzsiz və cəsarətli göz lazımdır.
Təəssüflər olsun ki, bu cinayətlərə hələ də beynəlxalq ictimaiyyət tərəfindən aydın hüquqi qiymət verilməyib. Bu cəzasızlıq Azərbaycanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmağa, bütöv bir xalqa qarşı nifrətlə danışmağa imkan verməsinin əsas səbəblərindən biridir, çünki bilir ki, məsuliyyətə cəlb olunmayacaq.
Ümumbəşəri insan hüquqlarının ali prinsipini rəhbər tutaraq, həmin prinsipə qeyd-şərtsiz hörmətlə yanaşmağı və ədalətin bərpasını güdərək, biz bundan sonra da ermənilərə qarşı cinayətlərin qınanmasını və yeni cinayətlərin qarşısının alınmasını tələb edəcəyik” - deyə Geğam Stepanyan yazıb.