Demarkasiya və delimitasiya üzrə komissiya hələ yaradılmayıb. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan Parlament ilə hökumət arasında keçirilən sual-cavab iclasında deyib.
“Komissiyanın hansı şərtlər əsasında işə başlaya biləcəyi müzakirə olunur. Bununla bağlı mövqeyimizi bildirmişik. Hazırda biz bu istiqamətdə işləyirik. Əminik ki, konkret mexanizmlər tətbiq olunmasa, sərhəddə sabitliyin və təhlükəsizliyin artırılması üçün konkret addımlar atılmasa, növbəti toqquşmaların qarşısını almağa kömək edəcək mexanizmlər olmasa, bu komissiyanın yaradılması və işləməsi çətin olacaq” – deyə Mirzoyan qeyd edib.
Mirzoyanın sözlərinə görə, tarixlər dəqiq deyil, amma söhbət qaçılmaz prosesdən gedir.