Üç iranlı diplomat İranın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyini yenidən açmaq üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər ediblər. Bu barədə Al Jazeera yazdı.
6 il əvvəl Tehran və Ər-Riyad diplomatik əlaqələri kəsəndə Təşkilatın baş qərargahında Tehran ofisi bağlandı.
İranın XİN mətbuat katibi Səid Xatibzade bu məlumatı təsdiqlədi. O, əlavə edib ki, İslam Respublikası Səudiyyə Ərəbistanında səfirliyini yenidən açmağa hazırdır, lakin bu, Krallığın “praktiki səylərindən” asılı olacaq.