Qafqazdakı qonşularla sərhədlər İran üçün təhlükəsizlik baxımından əhəmiyyət daşıyır, Tehran sərhəd dəyişikliyini qəbul etməyəcək.
Bunu İranın ali dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Velayəti “Kayhan” gündəlik qəzetinə müsahibəsində Cənubi Qafqazda baş verən hadisələrə toxunaraq deyib.
“Təcrübə göstərir ki, ölkələrin sərhədləri dəyişəndə, sonu məlum olmayan böhran yaranır. Cənubi Qafqazda Azərbaycan və Ermənistanla həmsərhədik. Sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyik" – deyə o qeyd edib.