Ermənistanda son sutkada daha 360 nəfərdə COVID-19 aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 348 145-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 8 022-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 516 nəfərdir. İndiyədək 333 716 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 891 aktiv koronavirus xəstəsi var.