Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ATƏT) fəaliyyətdə olan sədrliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə tam dəstəyini bir daha təsdiqləyir. Bu barədə Polşanın ATƏT-ə sədrliyi Əliyevin ATƏT ilə bağlı bəyanatına şərh edərkən bildirdi.
“ATƏT-in Polşa sədrliyi Azərbaycan prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilməz. Biz ATƏT-in Minsk Qrupunun, onun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin işinə tam dəstəyimizi bir daha təsdiqləyirik”,- deyə qeyd olunub.