Ermənistan Respublikasının Prezidenti Armen Sargsyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı BƏƏ-nin yüksək rütbəli rəsmiləri ilə iki ölkə arasında hava əlaqəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair yeni razılıq əldə edib.
Razılığa əsasən, yazxın vaxtlarda “Wizz Air” Əbu-Dabidən Yerevana uçuşlar həyata keçirməyə başlayacaq.
Prezident Sargsyan qeyd etdi ki, iki ölkə arasında yeni hava körpüsü Ermənistan və BƏƏ arasında ticarət, iqtisadi və biznes əlaqələrinin gücləndirilməsi istiqamətində daha bir mühüm addımdır. Bu, xüsusilə turizmin inkişafı üçün mühüm təkan olacaq.