14 illik fasilədən sonra Yrevan və Ankara 29 il əvvəl kəsilən dialoqu yenidən bərpa etməyə çalışır. 90-cı illərdə Türkiyə ilə Ermənistan arasında əsrlər boyu onsuz da mürəkkəb olan münasibətlərə Artsax məsələsi əlavə edilib. 1993-cü ildə Türkiyə sərhədi bağlamaq qərarına gəldi. Amma 1995-ci ildən hava əlaqəsi vardı. 2019-cu ildə türk aviaşirkətinin iflası səbəbindən o da dayanıb. 2020-ci ildə Artsax müharibəsindən sonra iki ölkə arasında mal dövriyyəsi də kəsildi.
Bu ilin əvvəlində vəziyyət dəyişdi. Ankara və Yerevanın razılığı ilə yaxın vaxtlarda Yerevan-İstanbul-Yerevan reysləri açılacaq. Ermənistan öz növbəsində təxminən bir il əvvəl Türkiyə məhsullarına tətbiq etdiyi embarqonu uzatmaq fikrində olmadığını bəyan edib.
Moskvada Ermənistan və Türkiyə nümayəndələrinin görüşü məhz bu şəraitdə baş tutub. İlk görüşdən demək olar ki, heç kimin praktiki gözləntiləri yox idi. Görüş bir-birini tanımaq üçündü. Görüşlə bağlı iki ölkənin bəyanatlarına əsasən belə qənaətə gəlmək olar ki, ilk təmas səmərəli idi. Eyni zamanda, tərəflər ilkin şərt olmadan tam həll üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər. İkinci görüşün vaxtı və yeri hələ müəyyənləşməyib.