2021-ci ildə Azərbaycanda istehlak qiymətləri 2020-ci ilə nisbətən ortalama 6,7% artıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7%, əvvəlki ilin dekabr ayına nisbətən 7,7% artıb.
Qeyd edək ki, inflyasiyanın sürətlənməsi fonunda, ötən ilin son faiz qərarında AMB uçot dərəcəsini 7%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8%-dən 8,25%-ə yüksəldib, faiz dəhlizinin aşağı həddi 6% səviyyəsində saxlanılıb.