ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyanın rəhbərliyi ilə yanvarın 15-də “ER Silahlı Qüvvələrində hərbi intizamın vəziyyəti və onun təkmilləşdirilməsi yolları” mövzusunda müşavirə keçirilib.
Təqdim olunan məruzələrdə mövcud olan problemlər və onların həlli yolları müzakirə olunub. Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan müşavirənin yekunlarına toxunaraq hərbi intizamın möhkəmləndirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətini qeyd edərək, orduda nizam-intizamın yüksəldilməsi və fövqəladə halların qarşısının alınması məqsədilə hərbi hissələrdə belə toplantıların keçiriləcəyini vurğulayıb.