Rusiya XİN bildirdi ki, Rusiya XİN başçısının müavini Andrey Rudenkonun Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçla ayrı-ayrılıqda görüşlər keçirdi. Bu barədə məlumatı Rusiya XİN yaydı.
Qeyd olunur ki, tərəflər konstruktiv, siyasiləşməmiş şəkildə dialoq aparmağa, açıq və "kiçik addım"larla asandan çətinə doğru, praktik nəticəyə hesablanmış addımlar atmağa hazır olduqlarını bəyan ediblər.
"Regionda sabitlik və iqtisadi tərəqqi maraqları, iki ölkə xalqlarının rifahı naminə işləyəcək təmas nöqtəsi axtarışlarını davam etdirmək barədə razılığa gəlinib”, - Rusiya XİN-in bəyanatında vurğulanıb