ABŞ-nın Ermənistandakı səfirliyi Azərbaycan prezidentinin son bəyanatına münasibət bildirdi. Səfirliyin bəyanatında qeyd olunur ki,
Ermənistan və Azərbaycan arasında davam edən gərginlik Dağlıq Qarabağ münaqişəsinin və ya ondan irəli gələn bütün digər məsələlərin hərtərəfli, davamlı həllinin zəruriliyini vurğulayır.
“ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllində iştirakında sadiqdir.
Biz qoşunların çəkilməsi, sərhədlərin demarkasiyası və əsirlətin geri qaytarılması kimi tədbirlərlə vəziyyətin gərginliyini azaltmağa çağırırıq”,- bəyanatda deyilir.