Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır.Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq
Regionda uzunmüddətli sabitlik və təhlükəsizliyin əsas resepti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasının tezliklə başlanmasıdır. Bu, 2021-ci ilin noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunub”,- deyə Zaxarova qeyd etdi.