Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsinə toxunub.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan-Qarabağ münaqişəsinin həlli ilə bağlı regional proseslərə toxunaraq yenə də anti-erməni və qeyri-konstruktiv fikirlərdən istifadə edib.
“Bu siyasət beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır. Bunun məqsədi isə, sülh və sabitlik təşəbbüslərini torpeda etmək və mövcud formatları dağıtmaqdır.
Azərbaycan prezidenti həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiya Federasiyasının Artsaxdakı sülhməramlı missiyasını hədəfə alıb, onların fəaliyyətinə qarşı absurd ittihamlar səsləndirib.
Minsk qrupu həmsədrliyinin formatı Azərbaycan-Qarabağ münaqişəsinin həllində bütün tərəflər arasında razılaşdırılmış yeganə formatdır.
Biz Rusiya sülhməramlı qoşunlarının Artsaxdakı missiyasını yüksək qiymətləndiririk və onların fəaliyyətinə kölgə salmaq cəhdini qəbuledilməz hesab edirik.
Artsax Respublikasının Xarici İşlər Nazirliyi dövlət səviyyəsində həyata keçirilən belə bir siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müvafiq olaraq qiymətləndirilməli olduğuna əmin olaraq Azərbaycanın davranışını qətiyyətlə pisləyir”,-bəyanatda vurğulandı.