Ermənistan KTMT-yə sədrlik edən ölkə kimi bütün sənədli qərarların qəbulunda əsas rol oynamalı idi və oynadı. Bu barədə Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putin ilə görüş zamanı deyib.
“KTMT-nin sülhməramlı qüvvələri çox qısa müddətdə Qazaxıstana yerləşdirildi. Biz bu günə kimi 14 obyekti, xüsusi əhəmiyyət kəsb edən obyektləri mühafizə altına almışıq: bunlar rabitə, enerji, dövlətin həyati fəaliyyətinə cavabdeh olan obyektlərdir. Bunlar terrorçular tərəfindən ələ keçirilərsə, ciddi təhlükə yaranacaqdı.
Qazaxıstan rəhbərliyinin tələbi və Sizin göstərişiniz əsasında terrorçular tərəfindən ələ keçirildiyi təqdirdə ciddi təhlükə yaradan bir sıra obyektlər nəzarətə götürülüb”,- nazir vurğuladı.