ER Xarici İşlər Nazirliyi Bakıda ermənilərə qarşı qırğınlarının 32-ci ildönümü ilə bağlı bəyanat verib.
“32 il əvvəl, bu günlərdə Bakıda ermənilərin kütləvi qırğını başladı və bu, Azərbaycan SSR-də yaşayan erməni əhalinin məhv edilməsi və zorla deportasiyası siyasətinin kulminasiya nöqtəsinə çevrildi. Bir həftə davam edən qanlı və kütləvi cinayətlər nəticəsində erməni əhalisi arasında yüzlərlə insan öldürülüb, şikəst edilib və itkin düşüb. Bu qırğınlar ermənilərin Azərbaycandan qovulması prosesinə son qoydular, nəticədə yarım milyona yaxın erməni qaçqın vəziyyətinə düşdü.
Bakı qırğınlarının və ermənilərə qarşı törədilmiş digər vəhşiliklərin ardıcıl olaraq inkar edilməsi, onları törədənlərin qəhrəmanlaşdırılıması, ermənilərə qarşı nifrətin davamlı kök salınması hələ də Azərbaycanda dövlət siyasətidir ki, bu da Ermənistan və Artsaxa qarşı nifrət nitqi və təcavüzkar siyasətlə ifadə olunur və bu da regionumuzda sülh və sabitliyə əsas təhlükədir.
Bu gün biz Bakıdakı ermənilərə qarşı qırğınlarının günahsız qurbanlarının xatirəsini ehtiramla yad edirik və Ermənistanın, Artsaxın və bütün dünya ermənilərinin erməni xalqının öz vətənində azad, təhlükəsiz və ləyaqətli yaşamaq hüququnu təmin etmək öhdəliyini bir daha təsdiqləyirik” – deyə bəyanatda deyilir.