Artsax Parlamentinin fraksiyaları Azərbaycanın siyasi rəhbərliyinin dağıdıcı və təcavüzkar siyasəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədən sonra Azərbaycan mütəmadi olaraq Artsax Respublikası və Ermənistan Respublikası sərhədlərində gərgin vəziyyət yaradır və iki erməni respublikanın mülki əhalisini hədəf alır.
Vurğulanıb ki, son günlər tez-tez baş verən bu cür təxribatlar Azərbaycanın onilliklər boyu davam etdirən anti-erməni siyasətindən əl çəkmədiyini göstərir.
2020-cı ilin payızında Türkiyənin və beynəlxalq terrorçuların iştirakı ilə Artsax xalqına qarşı törədilən, kütləvi insan hüquqları pozuntuları ilə müşayiət olunan Azərbaycanın təcavüzü Minsk qrupunun həmsədr ölkələrindən birinin sülhməramlı səylərinə baxmayaraq, davam edir və Rusiya sülhməramlılarının nəzarət etdiyi dəhlizin təhlükəsizliyini şübhə altına alır.
“Azərbaycan rəhbərliyinin bu cür davranışını pisləyərək, regionda yeni gərginliyin qarşısını almaq üçün Minsk qrupu həmsədrlərini Azərbaycanın destruktiv siyasətini neytrallaşdırmaq üçün əməli addımlar atmağa çağırırıq”,-bəyanatda deyilir .