Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında xarici işlər naziri Sergey Lavrov “3+3” formatına Gürcüstanın qoşulmamasına və Ermənistan-Türkiyə dialoquna dair suallara cavab verib.
O, Gürcüstanın formata qoşulmasının faydalı olacağı fikrini bildirib qeyd edərək ki, orada yalnız istisnasız olaraq bütün tərəfləri maraqlandıran məsələlər müzakirə ediləcək. “Gürcüstanın təşəbbüsü ilə bizimlə Gürcüstan arasında diplomatik münasibətlər olmadığına görə biz Türkiyə, Azərbaycan və Ermənistandan gürcü qonşularımıza bu formata qoşulmağın hamımız üçün faydalarını izah etmələrini xahiş etdik” – deyə Lavrov bildirib.
“Rusiya Ermənistan və Türkiyə arasında nümayəndələrin təyin edilməsi ilə bağlı razılığın əldə olunmasına kömək edib. Onlar artıq təyin olunublar, biz şadıq ki, bu gün Moskvada ilk iclas keçirilir. Bizim rolumuz tərəflər arasında birbaşa dialoqun başlanmasına dəstək verməkdir, ümid edirəm ki, bu, uğur qazanacaq” – deyə Lavrov yekunlaşdırıb.